Aygün Eltonla qadın həbsxanasında konsert verəcək

24 Oktyabr 2012 21:07 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova bu gün Elton Hüseynəliyevlə birgə ilk dəfə geniş konsert proqramıyla çıxış edəcəklər. AzNews.az-ın məlumatına görə, bu barədə Aygün Kazımovanın "facebook" sosial şəbəkədəki səhifəsində qeyd olunub:

"Azərbaycanın xalq artisti Aygün Kazımova bu gün, Qurban bayramında yeni duet ortağı Elton Hüseynəliyevlə qadın cəzaçəkmə evində konsert proqramı ilə çıxış edəcək. Allah özü hər kəsin yardımçısı olsun!"

Fuad Mədətov
AzNews.az