«Rabitə» rəqibinə şans vermədi

24 Oktyabr 2012 21:09 (UTC+04:00)
Qadın voleybolçulardan ibarət "Rabitə" klubu dünən Avropa Çempionlar Liqasının ilk matçına çıxıb.

AzNews.az xəbər verir ki, "B" qrupunda mübarizə aparan ölkə çempionumuz dünən Çex Respublikasında yerli "Agel"lə görüşüb. Əvvəldən sonadək üstün oyun nümayiş etdirən "Rabitə" rəqibinə şans verməyib – 3:0 (25:21, 25:23, 25:13).

Kamran Hacı
AzNews.az