Parlamentin növbəti iclasının gündəliyi açıqlandı

25 Oktyabr 2012 06:46 (UTC+04:00)
Noyabrın 2-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Bu barədə AzNews.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, iclasın gündəliyinə 12 qanun layihəsi salınıb.

A.Təfəkküloğlu deyib ki, iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində bir sıra əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklər müzakirə olunacaq.

"Mədəniyyət haqqında" qanunun ikinci oxunuşda müzakirə olunacağını vurğulayan A.Təfəkküloğlu bildirib ki, iclasın gündəliyinə "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya"ya dair sazişin təsdiq edilməsi haqqında qanun layihəsi və bu kimi bir neçə sazişlər də salınıb.

Vasif Həsənli
AzNews.az