Ağ Evdən silah qalmaqalına münasibət

25 Oktyabr 2012 09:50 (UTC+04:00)
ABŞ Suriyaya silah və daşınan zenit-raket kompleksi göndərməyib. Bu bəyanatı ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland səsləndirib.

Nulandın sözlərinə görə, Amerika gələcəkdə də Suriyaya silah göndərilməsini nəzərdə tutmur. İnternetdə Suriyaya silah göndərilməsi ilə bağlı yayılan materiallara münasibət bildirən Nulan həmin silahların SSRİ-da hazırlanan köhnə sistemlər olduğuna diqqəti çəkib.

Nulandın bu bəyanatı Rusiya silahlı qüvvələrinin ştab rəisi Nikolay Makarovun bəyanatına cavab kimi qəbul edilir. Rusiyalı hərbçi Suriyada hökumət qüvvələrinə qarşı vuruşan orduda ABŞ istehsalı olan silahların olduğuna dair faktlara sahib olduqlarını bildirmişdi.

Alpər
AzNews.az