Bu gün «Neftçi» Avroliqada 3-cü matçına çıxacaq

25 Oktyabr 2012 10:41 (UTC+04:00)
Bakının "Neftçi" klubu bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. AzNews.az xəbər verir ki, "ağ-qaralar" 3-cü turda Kazanda yerli "Rubin" kollektivi ilə görüşəcək. Matç sat 21:00-da başlayacaq.

3 oyundan sonra hesabında 1 xal olan ölkə çemponumuz bu rəqibi ilə səfər-ev matçlarında qənaətbəxş nəticə əldə etməsə, növbəti mərhələyə keçmək imkanını itirəcək.

Çünki 2-qat Rusiya çempionu hazırda 4 xalla "İnter"lə ilk 2 sıranı bölüşdürür və bu komandaların son turlarda da uğur qazanacaqları futbol mütəxəssislərində şübhə doğurmur.

Kamran Hacı
AzNews.az