Türkiyəyə keçən 4 İŞİD üzvü axtarılır - Yeni terror həyəcanı

24 Oktyabr 2015 09:15 (UTC+04:00)

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, həmin şəxslər təyyarə və ya gəmi qaçırmaq, yaxud nümayişlər zamanı partlayışlar törətməyə dair təlimatlandırılıblar.

Saxta pasportlardan istifadə edən terroristlərin fotoşəkilləri artıq kütləvi informasiya vasitələrinə paylanıb. Onlardan 3-ü Türkiyə, 1 isə Qazaxıstanda doğulmuş Almaniya vətəndaşıdır.

Qeyd edək ki, axtarışda olanlar arasında Ankarada baş vermiş terror aktında adı keçən Ömer Deniz Dündar da var.