Bakıda keçirilən “City Challenge GT 3” yarışılarından – EKSKLÜZİV – FOTOSESSİYA

25 Oktyabr 2012 11:41 (UTC+04:00)
Bu gün "City Challenge GT 3" yarışlarının məşhur pilotlarıyla görüş keçirildi. AzNews.az-ın məlumatına görə, "Park Bulvar"da təşkil olunan görüşdə məşhur pilotlar Kərim Al Asxari (BƏƏ), Nikki Tim (Danimarka) və Filipp Enq (Avstrya) iştirak ediblər. Görüş zamanı məşhur pilotlar pərəstişkarlarına imzalı posterlərini həddiyyə verməklə yanaşı, onlarla birlikdə şəkil çəkdiriblər.

Onu da bildirək ki, Bakıda keçirilən "City Challenge GT 3" yarışlarında Formula 1 üzrə dünya çempionları, dünya şöhrətli pilotlar Cek Villeneuve və Jos Verstappenin də qatılıblar.

Oktyabr ayının 26, 27 və 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda "City Challenge GT3" yarışlarında "Porsche 911", "Aston Martin Vantage GT3", "Audi R8 LMS", "BMW Z4 GT3", "Ferrari 458 İtalia GT3", "Lamborghini Gallardo LP 600+" və "Mercedes Benz SLS AMG GT3" markalı avtomobillər iştirak edirlər.

"City Challenge Gt3" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafında olacaq. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edəcək. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunacaq.

Qeyd edək ki, Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

AzNews.az "City Challenge Gt3" yarışının hazırlıq prosesi zamanı çəkilən eksklüziv şəkilləri təqdim edir.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az