Bahar Muradova: “Xankəndi aeroportundan istifadəyə imkan verilməyəcək” - EKSKLÜZİV

25 Oktyabr 2012 11:52 (UTC+04:00)
"Əgər ermənilər işğal altında saxladıqları ərazilərimizdə qanunsuz uçuşlar həyata keçirsələr, o zaman Azərbaycan tərəfi bütün adekvat addımları atacaq". Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova bildirib. Vitse-spiker söyləyib ki, Azərbaycan tərəfi hər zaman bunu bəyan edib və öz mövqeyində qətidir.

Onun fikrincə, ermənilərin Xankəndi hava limanının istifadəyə verilməsi ilə bağlı cəhdləri mümkün olmayacaq: "Bu məsələ ilə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyi bəllidir və biz də bunu dəfələrlə səsləndirmişik.

Azərbaycanın müvafiq qurumlarının razılığı olmadan ölkəmizin hava məkanını pozan qanunsuz uçuşlara yol verilə bilməz. Bunu həm beynəlxalq qanunvericilik, həm də aidiyyəti beynəlxalq təşkilatların mövqeyi də sübut edir".

Vasif Həsənli
AzNews.az