İlham Rəhimovdan ASALA təhdidinə- MÜNASİBƏT

25 Oktyabr 2012 11:56 (UTC+04:00)
Rusiya prezidenti Putinin dostu, hüquqşünas, professor İlham Rəhimov ailəsini ASALA erməni terror təşkilatının təhdidləri səbəbindən Azərbaycana gətirməsi barədə xəbərə münasibət bildirib.

İ.Rəhimovun mətbut katibi Xanoğlan Əhmədov AzNews.az-a müraciət edərək, professorun övladlarının hazırda Rusiyada olduğunu bildirib.
İlham Rəhimovun mətbuat katibi professorun adından bildirib ki, ASALA terror təşkilatı onun ailəsini təhdid etməyib: "Ermənilər mənə və ailəmə qarşı heç bir təhdid səsləndirə bilməzlər".

Elnarə Əlosmanqızı
AzNews.az