Rusiyada faciə - Üç uşaq yanaraq öldü

25 Oktyabr 2015 11:34 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Kalmıkiya Respublikası daxili işlər orqanlarından bildirilib ki, oktyabrın 25-nə keçən gecə Laqan şəhərində fərdi evdə yanğın baş verib.

Yanğının söndürülməsinə 33 yanğınsöndürən və 10 texnika cəlb olunub.

Yanğının lokallaşdırılması zamanı 2005, 2006 və 2012-ci il təvəllüdlü üç uşağın meyiti çıxarılıb.

Məlum olub ki, 9 yaşlı qız və 3 yaşlı oğlan evin sakinləri, 10 yaşlı qız isə qonşunun uşağı olub.

Hüquq-mühafizə orqanları yoxlamalara başlayıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın baş verən anda böyüklərin hansı səbəbdən evdə olmamaları barədə hələlik məlumat verilmir.