Yaşar Nuri: “Özümü yaxşı hiss edirəm”

25 Oktyabr 2012 16:50 (UTC+04:00)
"Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm, xalqımızın hər bir övladına gözəl günlər və sağlamlıq arzu edirəm".

Bunu APA-ya açıqlamasında Türkiyədə müalicə alaraq bu gün Vətənə qayıdan xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri deyib. Aktyor Vətənə qayıtmasına və bu günün məhz bayram gününə təsadüf etməsinə görə daha da sevindiyini söyləyib: "Yanvar ayına kimi Vətəndə olacam. Bakı üçün çox darıxmışam. Özümü yaxşı hiss edirəm".

Akademik Milli Dram Teatrı üçün çox darıxdığını bildirən Yaşar Nuri bayram günlərində teatra getmək istəyini də dilə gətirib.

Qeyd edək ki, Y. Nuri uzun müddətdir, Türkiyənin Amerika Xəstəxanasında müalicə olunur və yanvar ayında yenidən həmin xəstəxanaya müayinə üçün gedəcək.

AzNews.az