Məhbus barmağını kəsib mətbuata göndərdi

25 Oktyabr 2012 16:57 (UTC+04:00)
Ermənistan həbsxanalarından birində məhbus özünəməxsus etiraz forması seçıb. Belə ki, aclıq elan edən məhkum öz barmağını kəsərək mətbuat orqanlarından birinin redaksiyasına göndərib.

"Nubaraşen" həbsxanasında saxlanan məhbusun bu hərəkətinə səbəb cəzaşəkmə müəssisəsindəki dözülməz şərait olub. Məsələni araşdırmaq üçün Ombudsman Aparatının nümayəndələri məhbusa baş çəkib.

Alpər
AzNews.az