Bakıda səhv sözlərlə dolu elanlar - FOTOLAR

26 Oktyabr 2015 16:10 (UTC+04:00)

Bununla bağlı Azərbaycan Dil Qurumu İctimai Birliyi ardıcıl monitorinqlərə qərar verib.

Qurumdan AzNews.az-a daxil olan məlumata görə, ilk olaraq Bakının Mirəli Seyidov, Puşkin, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli küçələrində, habelə Hüseyn Cavid və Azadlıq prospektlərində, o cümlədən Fəvvarələr meydanında monitorinq aparılıb. Monitorinq zamanı bəlli olub ki, narahatlıq – narahatçılıq, üzr - üzür, kserosürət – kseroks, orijinal – orginal və ya orjinal, fontan – fantan, kompüter – kompyuter kimi yazılıb. Bakı Şəhər İcra Hakimiyyətinin asdığı yol nişanında isə "parkinq" sözü düzgün hallandırılmayıb.

Sözügedən ərazidə yerləşən obyekt adlarında yanlışlığı əks etdirən fotoları təqdim edirik:










Qeyd: "Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun (30 sentyabr 2002-ci il) 13-cü maddəsinə görə, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.