«Neftçi» Avroliqada «Rubin»ə də uduzdu

25 Oktyabr 2012 18:05 (UTC+04:00)
"Neftçi" klubu bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. AzNews.az xəbər verir ki, Bakı təmsilçisi 3-cü turda Kazanda yerli "Rubin" kollektivi ilə qarşılaşıb. Görüşə "ağ-qaralar" fəal başlasa da, sonradan təşəbbüs meydan sahiblərinə keçib. Bunun məntiqi nəticəsi kimi 16-cı dəqiqədə hesab açılıb. Tatarıstan komandasından Alan Kasayev fərqəlnib.

2-ci hissədə "Neftçi" hücumların sayını artırıb. Amma rəqib müdafiədə dəqqətli oynayıb. Matçda başqa qol vurulmayıb və görüş "Rubin"in 1:0 hesablı üstünlüyü ilə bitib.

4 oyundan sonra hesabında 1 xal olan ölkə çempionumuz növbəti mərhələyə keçmək imkanını minimuma endirib. Futbol mütəxəssisləri "H" qrupunda "Rubin"lə "İnter"in (İtaliya) 1/16 finala adlayacağını düşünürlər.

Qeyd edək ki, "Neftçi" ilk turda səfərdə "Partizan"la (Serbiya) heç-heçə edib, Bakıda "İnter"ə məğlub olub – 1:3.

Kamran Hacı
AzNews.az