Külli miqdarda qızıl-zinət əşyaları aşkarlandı

26 Oktyabr 2012 05:34 (UTC+04:00)


Türkiyədən Azərbaycana gizli yolla gətirilən külli miqdarda qızıl-zinət əşyaları aşkarlanıb. Dövlət Gömrük Komitəsindən bildiriblər ki, Tovuz Gömrük idarəsinin "Sınıq Körpü" postunda Türkiyədən azərbaycana sərnişin dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Nazilə Veysəlovanın üzərində şəxsi yoxlama zamanı ümumi çəkisi 240 qram olan zinət əşyaları - 47 ədəd üzük, 30 cüt sırğa və 3 ədəd qolbağ gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilib. Faktla bağlı təhqiqat aparılır.

AzNews.az