Avtomobillər toqquşdu, yanğın oldu

26 Oktyabr 2012 06:48 (UTC+04:00)
Bakının Binəqədi rayonu ərazisində dünən gecə 23:20 radələrində "QAZ" və "OPEL" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

AzNews.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində "OPEL" markalı avtomobilin yanar hissələri yanıb. "QAZ" markalı minik avtomobili yanğından mühafizə olunub.

AzNews.az