6 nəfər saxta spirtli içkidən öldü
29 Oktyabr 2015 00:20 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, son 3 gün ərzində xeyli insan huşunu itirmə, şiddətli qarın ağrısı, qusma kimi əlamətlərlə xəstəxanalara çatdırılıb.
Xəstəxanalara ağır vəziyyətdə gətirilən şəxslərdən 6- nın öldüyü bildirilir .Saxta spirtli içkilərin istehsalı ilə əlaqədar 7 nəfər saxlanılıb. Həkimlər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.