Tərtərdə dinc sakin minaya düşdü

26 Oktyabr 2012 19:23 (UTC+04:00)
Azərbaycanın Tərtər rayonunun Qapanlı kənd sakini minaya düşüb. APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, kənd sakini, 1987-ci il təvəllüdlü Elməddin Cəfər oğlu Quliyev təmas xətti yaxınlığında minaya düşüb.

Ərazidən atla keçən E. Quliyev hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun iki azyaşlı övladı var.

AzNews.az