Berluskoni azadlıqdan məhrum edildi

26 Oktyabr 2012 20:00 (UTC+04:00)


İtaliyanın Milan Şəhər Məkhəməsi ölkənin keçmiş baş naziri Silviya Berluskonini maliyyə maxinasiyalarında təqsirli bilərək onun dörd il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Berluskoni həbsxanaya aparılmayacaq. Çünki onun bu qərarı iki dəfə mübahisələndirmək hüququ var.

Məhkəmə həmçinin belə qərar çıxarıb ki, eks-baş nazir vergi orqanlarına 13 milyon dollar cərimə ödəməlidir. Bundan başqa məhkəmə Berluskoniyə üç il müddətində dövlət işlərində çalışmağı qadağan edib.

Qeyd edək ki, S.Burluskoninin özü məhkəmə prosesində iştirak etməyib.

Ədil
AzNews.az