Spirtli içkidən ölənlərin sayı 12 nəfərə çatıb - Türkiyədə

29 Oktyabr 2015 21:22 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə Nazirliyinə istinadən NTV telekanalı yayıb.

Bundan öncə Səhiyyə Nazirliyi bildirmişdi ki, oktyabrın 18-də İstanbulun səhiyyə ocaqlarına alkoqoldan zəhərlənmə diaqnozu ilə 49 nəfər müraciət edib, onlardan 23-ü müalicə edilir.

Türkiyə KİV-inin məlumatına görə, İstanbulun 5 rayonunda onlarla insan qarın nayihəsində ağrı, ürəkgetmə, görmə qabiliyyətinin itməsi, ürəkbulanma ilə bağlı şikayətlə xəstəxanalara müraciət edib.

Məlum olub ki, onlar şəxsi adamlardan alınan kustar yolla hazırlanmış və küçələrdə 5 lirəyə (təxminən 1,7 dollar) satılan spirtli içki qəbul edib.

İstanbul polisi saxta içkini hazırlamaqda və satmaqda şübhəli bilinən 15 nəfəri saxlayıb.