Lənkəranda evləri su basdı - 6 kənd və 1 qəsəbə su altında qaldı (Fotolar + Yenilənib)

30 Oktyabr 2015 17:10 (UTC+04:00)

Məlumata görə, Lənkərançay, Bəşəruçay, Girdəniçay, Veravulçay və digər suötürücü kollektorlarda daşqınlar baş verib. Çaylar məcrasından çıxaraq çayqırağı yaşayış evlərinə və fərdi təsərrüfatlara ziyan vurub.

Rayonun Rvo kənd ərazi vahidliyinə daxil olan Siyablı kəndində körpünü sel aparıb. Rayonun kəndləri Şağlaser, Sütəmurdov, Kərgəlan, Vilvan, Veravul kəndlərini və İstisu qəsəbəsini sel basıb.




Report.az

14:58
***

Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzindən verilən məlumata əsasən, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi cökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyatyani sahələrini və yolları su basıb.

Hal-hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir. Əlavə məlumat veriləcək.