Məzahir Pənahovdan mətbuata - Müraciət

1 Noyabr 2015 09:06 (UTC+04:00)

M. Pənahov seçkilərə start verilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, bugünkü seçkilərin tam şəffaf keçməsində sosial şəbəkə və mətbuat işçilərinin rolu böyükdür.

"Mən xüsusilə sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qarşılaşdıqları hər bir neqativ hal, anlaşılmazlığı dərhal işıqlandırsınlar. Mətbuat da bu məsələdə aktiv olmalıdır. Bu, bizim işimizə köməkdir", - deyə MSK sədri bildirib.