Nalbandyandan Azərbaycana sərt təhdid

27 Oktyabr 2012 05:56 (UTC+04:00)
Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandyan yeni təhdidedici bəyanat səsləndirib.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Nalbandyan bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflərlə razılaşmazsa, bu Dağlıq Qarabağın daha yeni ölkələr tərəfindən tanınması ilə nəticələnə bilər.

Qeyd edək ki, sonuncu dəfə Avstraliyanın Yeni Vels ştatı Dağlıq Qarabağın müstəqilliyini tanımışdı.


Sadiq Musa
AzNews.az