“İlkin nəticələr 00:00-dan sonra bilinəcək” - Məzahir Pənahov

1 Noyabr 2015 09:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, məntəqələrdən dairələrə və dairələrdən də MSK-ya seçki protokollarının daxil olması iki gün ərzində başa çatacaq: "Bütün proses həm yerlərdə, həm də MSK-da müşahidəçilərin və KİV-in iştirakı ilə həyata keçiriləcək".

MSK sədri əlavə edib ki, müşahidəçilərin də müəyyən hüquqları var: "Onları heç kim tapdalaya bilməz. Müşahidəçilər üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. Ancaq müşahidəçilərin seçki komissiyalarının işinə qarışmaq hüququ yoxdur. Onlar ancaq qeydiyyat apara və əgər xoşagəlməz hal olarsa, onu qeyd edərək seçki komissiyalarına məlumat verməlidirlər".