Elşad Abdullayevin bacısı oğlu sərhəddə tutuldu

1 Noyabr 2015 09:50 (UTC+04:00)

Məlumata görə, dünən Qazax rayonu ərazisindən Gürcüstana keçmək istəyən A.Mürsəliyev sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Qazax rayon Polis Şöbəsinə təhvil verilib. Polis Şöbəsindən bildirilib ki, A.Mürsəliyevin ölkədən çıxmasına məhdudiyyət qoyulubmuş və o, artıq Bakıya göndərilib.

Qeyd edək ki, A.Mürsəliyevin saxlanması ilə bağlı ilk xəbəri xural.com saytı yayıb. Mürsəliyevin oğlu sayta bildirib ki, atası İstanbula gedirərkən Qazaxda saxlanılıb.

Lent.az