Müsavatın seçki oyunu – Gülağa Aslanlı partiyaya qarşı

1 Noyabr 2015 10:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, partiyanın başqan müavini və namizədliyini 10 saylı Binəqədi üçüncü seçki dairəsindən verən, sonradan partiyanın seçkini "boykot" etməsi ilə namizədliyini geri götürən Gülağa Aslanlı və nümayəndələri səhər saatlarından etibarən məntəqələrdədir. Gülağa Aslanlı məntəqələri gəzir və müşahidəçilərini məntəqələrə yerləşdirir.

Qeyd edək ki, oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında seçkini "boykot" etmək haqda qərar verib. MSK isə onların bu qərarını rədd edib.