Liderlərdən heç-heçə

27 Oktyabr 2012 06:01 (UTC+04:00)
Bu gün Topaz Premyer Liqasında X tur start götürüb. AzNews.az xəbər verir ki, hesabat turu liderlərin qarşıdurması kimi yadda qalıb. Bakıda paytaxt derbisi baş tutub: "Bakı" evdə "İnter"i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qolsuz heç-heçə qeydə alınıb (0:0).

Digər diqqət çəkən oyun Zaqatalada keçirilib. Yerli "Sumurq" Bakının AzAL klubunu qonaq edib. İlk hissədə Ruslan Tağızadənin başla gözəl qol paytaxtlıları hesabda irəli çıxarıb. "Sarı-qaralar" məğlubiyyətdən baş hakimin oyuna artırdığı əlavə vaxtda qurtulub. Gənc hücumçu Murad Səttarlının uzaqdan vurduğu zərbə dəqiq olub 1:1.

Kamran Hacı
AzNews.az