Oqtay Əsədov səs verdi

1 Noyabr 2015 11:06 (UTC+04:00)

Məlumata görə, spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səs verib.

O.Əsədov Bakının 7 nömrəli məktəbində yerləşən seçki məntəqəsində səs verib.
Qeyd edək ki, adıçəkilən məntəqədə 1 298 seçici qeydiyyata alınıb. Artıq 200-dən çox seçici səs verib.

Xatırladaq ki, həmin seçki dairəsindən 6 nəfərin namizədliyi qeydə alınıb.

Report.az