Suriyalı qaçqınlara çölə çıxmaq qadağan edildi – Seçkilərə görə

1 Noyabr 2015 12:04 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyə xüsusi səsgücləndirici ilə həm türkcə, həm də ərəbcə anons edərək bu gün saat 08:00-17:00 aralığında suriyalı qaçqınlara evlərindən küçəyə çıxmaması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu gün Türkiyədə təkrar parlament seçkiləri keçirilir. İyunun 7-də keçirilən seçkilərdə də suriyalı qaçqınların sıx yaşadığı ərazilərdə onlara küçəyə çıxmamaları haqda eyni xəbərdarlıq olunmuşdu.

Sevinc Yasinqızı