Elşad Abdullayevin bacısı oğlu sərbəst buraxıldı - Baş Prokurorluq

1 Noyabr 2015 12:46 (UTC+04:00)

Bu barədə AzNews.az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb.

Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb.

Qeyd edək ki, Azad Mürsəliyev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin bacısı oğludur.