Həmid Herisçi sərbəst buraxıldı

1 Noyabr 2015 16:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə İ.Rzayeva sosial şəbəkədə yazıb. O, H.Herisçinin artıq sərbəst buraxıldığını qeyd edib.

Xatırladaq ki, musavat.com saytı H.Herisçinin Yasamal Polis İdarəsinin 26-cı bölməsinə aparıldığı barədə məlumat yaymışdı. İlhamiyyə Rzayevanın seçki qərargahından bildirilmişdi ki, H.Herisçinin saxlanılmasına səbəb seçki saxtakarlığını aşkar etməsi olub. Belə ki, əlil seçicilərdən birinin səs verməsi üçün evinə səyyar seçki qutusu aparılıb. Bu zaman məlum olub ki, bu seçici səs vermək üçün məntəqə seçki komissiyasına müraciət etməyib. Buna etirazını bildiridiyi üçün H.Herisçi polis nəzarətinə götürülüb.

Xatırladaq ki, H.Herisçi İ.Rzayevanın həyat yoldaşıdır.