Ermənistan boksçularımıza təminat vermir

27 Oktyabr 2012 06:19 (UTC+04:00)
Azərbaycan boks millisi noyabrın 25-də İrəvanda start götürəcək yeniyetmələrin dünya çempionatı ilə bağlı açıqlama verib.

Açıqlamada qeyd edilir ki, 6 boksçu və 4 nümayəndə heyətindən ibarət Azərbaycan millisinin Ermənistana səfər edəcəyi bəlli deyil. Buna səbəb Ermənistan tərəfinin idmançıların təhlükəsizliyi ilə bağlı təminat məktubunu Azərbaycana təqdim etməməsidir.

Bundan əlavə, təminat məktubunun Milli Olimpiya Komitəsi, İdman Nazirliyi və Boks Federasiyası tərəfindən göndərilməsi tələb edilir. Çünki Azərbaycan erməni idmançılara bu səviyyədə qarantiya vermişdi.


Sadiq Musa
AzNews.az