100 yaşlı seçici səs verdi

1 Noyabr 2015 17:46 (UTC+04:00)

1915-ci il təvəllüdlü, Xaçmazın Mehrəliqışlaq kənd sakini Mələk Məlikova Qaraoğlan qızı səs verib. Secki-2015.az saytı xəbər verir ki, M.Məlikova sağlamlıq probleminə görə, ərizə ilə məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.

55 saylı Xaçmaz seçki dairəsinin 40 saylı seçki məntəqəsinin üzvləri müşahidəçilərlə birgə daşınan seçki qutusunu onun yaşadığı ünvana apararaq səsvermə hüququnu təmin ediblər.

Qeyd olunub ki, 55 saylı Xaçmaz seçki dairəsinin 40 saylı seçki məntəqəsində daha 10 nəfər müxtəlif səbəblərdən seçki məntəqəsinə gələ bilmədiyi üçün daşınan seçki qutusu ilə bağlı müraciət ediblər. Həmin şəxslərin də müraciətləri təmin olunub.

Secki-2015.az