Jurnalistlərin seçkini işıqlandırmalarına heç bir maneə yoxdur

1 Noyabr 2015 18:07 (UTC+04:00)

Bu barədə AzNews.az-a Mətbuat Şurasının məlumatında qeyd olunub. Bildirilib ki, paytaxtda və ölkənin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

Şuranın (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq saat 19.00-dək "qaynar xətt" rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, saat 08.00-dan 17.00-dək "qaynar xətt"ə cəmi 1 jurnalist tərəfindən müraciət daxil olub. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının köməkliyi ilə "Report" İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin edilib, yaranmış anlaşılmazlıq aradan qaldırılıb.