“Rəy” Monitorinq Mərkəzi “exit poll”un nəticələrini açıqladı

1 Noyabr 2015 21:05 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, mərkəzin sədri Rizvan Abbasov bildirib ki, seçkilərdə seçicilər fəallıq nümayiş etdiriblər.

Onun sözlərinə görə, mərkəz yalnız 10 seçki dairəsində monitorinq aparıb. R. Abbasov dairələr üzrə qalib namizədlərin adlarını açıqlayıb.

8 saylı seçki dairəsi – Azay Quliyev
16 saylı seçki dairəsi – Aytən Mustafayeva
20 saylı seçki dairəsi – Adil Əliyev
27 saylı seçki dairəsi – Dilarə Cəbrayılova
29 saylı seçki dairəsi – Şəmsəddin Hacıyev
34 saylı seçki dairəsi – Fuad Muradov
41 saylı seçki dairəsi – Mirzəcan Xəlilov
42 saylı seçki dairəsi – Tahir Mirkişili
43 saylı seçki dairəsi – Muxtar Babayev
44 saylı seçki dairəsi - Hacı Salayev

R. Abbasov onu da əlavə edib ki, Bakı və Sumqayıtda aparılan "exit poll"da 7 min seçici iştirak edib.