Azərbaycanda seçkilər çox yüksək səviyyədə keçirildi - Latviyalı deputat

1 Noyabr 2015 22:20 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu Latviya parlamentinin deputatı, ətraf mühit və regional inkişaf naziri Roman Naudinş deyib.

O bidirib: "Biz 7 seçki məntəqəsində olduq və seçkilərin belə yüksək səviyyədə keçirilməsindən yaxşı mənada təəccübləndik".

R.Naudinş qeyd edib: "Digər ölkələrdən olan həmkarlarımızla da görüşdük. Onların heç bir iradı yoxdur. Təəssüf ki, ATƏT DTİHB seçkiləri müşahidə etməyə gəlmədi. Bu onların problemidir".