Seçkilər bitti - Etirazlar başladı (VİDEO)

1 Noyabr 2015 23:58 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, ən güclü ixtişaş Diyarbəkir şəhərində yaşanıb.

Polis etirazçılara dağılmaq barədə xəbərdarlıq edib. Buna məhəl qoymayan etirazçılar polisə hücum ediblər. Təhlükəsizlik qüvvələri daş atan nümayişçilərə bibər qazı ilə müdaxilə etmək məcburiyyətində qalib.

Etirazların davamı Xalqların Demokratik Partiyası (HDP)–nin Diyarbəkir nümayəndəliyinin qarşısında baş tutub.

Şanlıurfa şəhərinin Siverek rayonunda da seçki nəticələri açıqlandıqdan sonra şəhərin bir çox nöqtədən silah səsləri eşidilib. Silahlı insident nəticəsində bir nəfər qolundan yaralanıb.

Bu gün ölkədə seçkilər keçirilirdi. İğtişaşlar kürdyönümlü HDP-nın tərəfdarları tərəfindən təşkil edilib. HDP son iki seçkilərdə 10 faizlik baryeri aşaraq Türkiyə parlamentinə millət vəkili göndərə bilib.