Türkiyədə dəhşətli partlayış - 20 nəfər yaralandı

2 Noyabr 2015 09:53 (UTC+04:00)
Bu barədə "DHA" agentliyi məlumat verib.

Partlayış Türkiyənin Suriya ilə sərhəddə yerləşən Nusaybin şəhərinin mərkəzində baş verib.

Yaşayış ərazisində saxlanılan maşın hələ ki, istintaqa məlum olmayan səbəblərdən partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı ticarət mərkəzində yanğın başlayıb.

Qeyd olunur ki, bütün zərərçəkənlər yerli xəstəxanaya aparılıb, onların əksəriyyəti nəfəs çatışmazlığı və yüngül xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Trend.az