“Seçkilər tam şəffaf şəkildə keçirilib”

2 Noyabr 2015 10:30 (UTC+04:00)

Bu fikirləri Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Müşahidəçilər missiyasının rəhbəri Serjikan Kanayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, müşahidə missiyası seçkilərlə bağlı heç bir qanun pozuntusu qeydə almayıb: "Beynəlxalq müşahidəçilər üçün bütün şərait yaradılmışdı. Müşahidə zamanı qanun pozuntuları qeydə alınmayıb. Seçkilər tam şəffaf və demokratik şəkildə keçirilib".