Parlamentdə hansı partiyalar təmsil olunacaq...- YAP neçə yer qazandı?

2 Noyabr 2015 10:30 (UTC+04:00)
AzNews.az xəbər verir ki, 39 nəfər bitərəf namizəd seçkidə qalib olub. Parlamentə düşən partiyalar arasında BAXCP, ADİSP, BQP, MDHP, VHP, ASRP, Vəhdət, VBP namizədləri var. "Azadlıq 2015" blokundan olan namizədlərin heç biri ilkin nəticələrə dair siyahıda yoxdur.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib. Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 namizəd, 22 partiya mübarizə aparıb.