“Seçki mükəmməl təşkil edilmişdi” - Bolqarıstan parlamentinin üzvü

2 Noyabr 2015 10:48 (UTC+04:00)
AzNews.az-ın konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə, tədbirdə çıxış edən Bolqarıstan parlamentinin üzvü Petar Kanev seçkinin təşkilatçılığından razı qaldığını dilə gətirib: "Seçki mükəmməl təşkil edilmişdi. Dünən bizim ölkədə də seçkilər keçirilirdi. Bələdiyyə seçkilərinin 2-ci raundu aparılırdı. Hər iki ölkədə seçici fəallığı 50%dən yuxarı olub ki, bu da Avropa normalarından yüksəkdir. Dünən seçki prosesindəki müşahidələrimdən deyə bilərəm ki, seçki prosesiniz Avropa standartlarına uyğundur. Buna görə sizi təbrik edirəm. Bizim ölkələrin xalqları sabitliyin tərəfdarıdırlar. Onlar qəti, kəskin dəyişiklikləri sevmirlər. Belə çətin şəraitlərdə kəskin dəyişikliklər lazım da deyil".

Nigar
AzNews.az