Avropa Parlamentinin üzvü: “Seçkilər demokratik şəraitdə keçirilib”

2 Noyabr 2015 11:34 (UTC+04:00)

Məlumata görə, bunu Avropa Parlamentinin Avstriyadan olan üzvü Franz Obermayer deyib.

Azərbaycanda seçki prosesini ilk dəfə izləmək imkanı olduğunu deyən Obermayer seçki prosesi boyunca məntəqə seçki komissiyalarının sədrləri, siyasi partiyaların rəhbərləri, müşahidəçilərlə görüşmək imkanlarının olduğunu qeyd edib.

Frans Obeymayer həmçinin vurğulayıb ki, seçki prosesində şəffaf mürəkkəbdən istifadə olunması indiyədək müşahidə etdiyi əsas yenilik olub.

APA.az