İsrail müşahidəçisindən Avropaya sərt ittihamlar – Seçki məsələsi

2 Noyabr 2015 11:56 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycanda keçirilən seçkilərdə iştirak edən İsrail nümayəndə heyətinin rəhbəri Aviqdor Liberman deyib. O, dünənki seçkilərdə İsrailin müxtəlif partiyalardan olan 4 deputatla təmsil olunduğunu vurğulayıb: "Seçkilərin şəffaflıq, seçici fəallığı, müxtəlif namizədləri təmsil edən səlahiyyətli şəxslərin davranışı, seçki prosesi zamanı onların müşahidə aparması nöqteyi-nəzərindən seçkilərin ən yüksək standartlara cavab verdiyini deyə bilərəm".

Liberman seçki mədəniyyətinə də toxunub. O seçicilərin yüksək mədəniyyət göstərdiklərini bildirib: "Həm müşahidəçilər, həm məntəqə üzvləri, həm seçicilər yüksək səviyyəli seçki mədəniyyət nümayiş etdirdilər".

A.Liberman hazırda Azərbaycan-İsrail münasibətlərinin inkişafında maraqlı olduqlarını vurğulayıb.

O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinə də münasibət bildirərək, bunu ikili standartlardan irəli gəldiyini vurğulayıb: "O ki, qaldı ATƏT-ə, beynəlxalq ictimaiyyətə biz İsrailə qarşı dəfələrlə ikili standartlarla qarşılaşmışıq. Bu, bizə çox yaxşı tanışdır. Mən heç vaxt nə ATƏT tərəfindən, nə də hüquq müdafiəçiləri tərəfindən Səudiyyə Ərəbistanındskı demokratiya normaları barədə hansısa bəyanatlarına rast gəlməmişəm. Azərbaycana gəldikdə isə, ölkə ətrafında baş verən hadisələr bir çox hallarda qərəzli mövqedən irəli gəlir. Bunlar qeyri-obyektiv yanaşmadır. ATƏT-in Azərbaycana müşahidə heyəti göndərməməsi və burada keçirilən seçkilərin demokratikliyini təsdiqlıməməyə heç bir əsası yoxdur. Təəssüflər olsun ki, bu, bizim beynəlxalq həyatda gündəlik həyatımızın bir hissəsidir".

Nigar
AzNews.az