Araz Əlizadə İqbal Ağazadəyə qalib gəldi - Yenilənib

2 Noyabr 2015 13:35 (UTC+04:00)

Məlumata görə, həmin dairədə mövcud olan 33 seçki məntəqəsindən 6-dan protokol açıqlanmışdı. Hazırda isə bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytının "protokollar" bölməsində sıfırlanıb.

Lider namizədlər bölməsində isə ümumiyyətlə 35 saylı Xətai üçüncü seçki dairəsinin adı siyahıdan çıxarılıb.
Mübahisəli olan bu dairədə seçkinin nəticələri indiki məqamda sual altına düşmüş hesab olunur.

12:08
***

MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, bu dairədə qalib Araz Əlizadədir: "O, 8626 səs toplayaraq 47 faiz səslə qalib olub".





Qafqazinfo.az