İlham Əliyev Rumıniya prezidentinə başsağlığı verdi

2 Noyabr 2015 14:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".