“Nəhayət ki, AŞ PA da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi“

2 Noyabr 2015 18:56 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib: "Nəhayət ki, Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi".

MSK sədri əlavə edib ki, AŞ PA-nın qiyməti mühüm əhəmiyyət kəsb edir: "AŞ PA müşahidə missiyasının nümayəndələrinin hər biri özlərinə hörmət edən insanlardır. Ona görə də onların münasibəti bizim üçün mühümdür".

İclasda, həmçinin seçkilərlə bağlı bir sıra müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.