İlham Əliyevdən Babək rayonu ilə bağlı - Sərəncam

2 Noyabr 2015 19:22 (UTC+04:00)

AzNews.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, sərəncama əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha təşkil edən ərazisi Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilib.

Dövlət başçısının sərəncamına əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilib. Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.