Ürəyindən bıçaqlandı - Goranboyda

2 Noyabr 2015 19:39 (UTC+04:00)

AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Nizami kənd sakini Həsən Həsənov ürək nahiyyəsindən bıçaq yarası alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Yardım Xəstəxanasına gətirlib və əməliyyat edilib.

Verilən ilkin məlumata görə yaralının vəziyyəti ağırdır. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Goranboy rayon Polis İdarəsində araşdırma aparılır.