Azərbaycan xalçaları Luvr Muzeyində - FOTO

2 Noyabr 2015 20:21 (UTC+04:00)

AzNews.az-ın Xalça Muzeyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Y.Linzinin muzeyə gəlişinin əsas məqsədi Luvr Muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir. Sərgidə Luvr Muzeyinin və Azərbaycan Xalça Muzeyinin kolleksiyasından olan Azərbaycan xalçaları sərgilənəcək.

Qeyd edək ki, dünya muzeylərində, o cümlədən Fransanın Luvr və digər muzeylərində Azərbaycanın tarixi, nadir xalçaları saxlanılır. Bu gün dünyanın bir çox muzey və şəxsi kolleksiyalarında Berlinin İslam İncəsənəti Muzeyi, Londonun Viktoriya və Albert, Parisin Luvr, Nyu-Yorkun Metropoliten muzeylərində, Vyana, Roma, İstanbul və s. şəhərlərdə Bakı, Təbriz, Gəncə, Qazax, Quba, Şirvan və Qarabağ ustalarının hazırladığı nadir sənət nümunələri qorunaraq saxlanır. Bu nadir sənət əsərlərinin çoxu müəyyən dövrlərdə ayrı-ayrı şəxslərdən alınıb, ya da müxtəlif vaxtlarda Azərbaycanda olmuş əcnəbi səyyah, tacir, diplomat və alimlər alıb aparıblar.

Ən qiymətli, nadir nüsxəli xalçalarımız Luvr Muzeyində saxlanılır ki, onların da sayı 50-yə qədərdir.

Sərginin keçirilməsi Azərbaycan xalçalarının tam, hərtərəfli öyrənilməsinə, tədqiq və təbliğ edilməsinə imkan yaradacaq və dünya ictimaiyyətinin diqqətini bir daha qədim, dəyərli xalça sənətimizə, dünya muzeylərində, şəxsi kolleksiyalarda olan xalçalarımıza yönəldəcək.

Azərbaycan Xalça Muzeyinin yeni binasının gorünüşü, ekspozisiya zallarının geniş və qeyri-adi interyeri, bədii tərtibatı, xalçaların mərhələli təqdimatı, adət-ənənələrimizlə xalçanın vəhdəti, o cümlədən muzeydən həm dənizə, həm də Alov qüllələrinə açılan mənzərə qonaqda xoş təəssürat oyadıb.

Görüşün sonunda Y.Linziyə Röya Tağıyevanın fransız dilində nəşr olunmuş "Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində" adlı kitabı hədiyyə olunub.