Qırmızı kələmin - Faydaları

2 Noyabr 2015 20:50 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, qırmızı kələm demək olar ki, tam bir vitamin kompleksidir. Kələm A, B, E, C və s. vitaminlərlə yanaşı, həm də kalsium, kükürd, maqnezium, mis və dəmirlə də olduqca zəngindir. Həmçinin, qədim zamanlarda bəzi xəstəlikləri qırmızı kələmin vasitəsi ilə sağaldarmışlar.

Qırmızı kələmin şirəsi daxili təmizləyir və dəridə olan bəzi xəstəlikləri aradan qaldırır. Yarım stəkan qırmızı kələmin şirəsi, yarım çay qaşığı balı bir-birinə qarışdırıb hər səhər yeməkdən yarım saat qabaq içmək orqanizmə çox xeyirlidir.

Bu məlhəm orqanizmi gücləndirir və mikroblarla mübarizə aparır. Bu kələmi həmçinin qurudub saxlamaq da mümkündür. Qurudulmuş kələmdən bütün yeməklərdə istifadə edə bilərsiniz.